Fəxri xiyabana ziyarət

27 Sentyabr Anım Günü münasibəti ilə məktəbimizin 8C sinif şagirdləri Uşaq birliyi rəhbəri Əlizadə Natavanın rəhbərliyi ilə II Fəxri Xiyabanı ziyarət etdilər.
Məktəbimizn 8C sinfinə adı verilmiş şəhid Həsənov Cavid Mikayıl oğlunun məzarı ziyarət edildi. Şəhidin anası ilə görüşüb, onun xatirəsi yad edildi. Eyni zamanda, məktəbimizin 2Ə sinfinə adı verilmiş Nəcəf Şikarovun, Polad Həşimovun və İlqar Mirzəyevin məzarı da ziyarət edildi. Şəhidlərimizin adina dualar oxundu və məzarları üstünə tər qərənfillər qoyuldu.
Torpaq uğrunda ölən varsa vətəndir! Vətəni var edən Şəhid qanıdır. Allah şəhidlərimizə rəhmət etsin!