"Torpağı vətən edən igidlər!” mövzusunda bədii-əbədi kompozisiya

27 sentyabr Anım Günü ilə əlaqədar “Torpağı vətən edən igidlər!” mövzusunda ədəbi-bədii kompozisiya keçirildi. 6c sinif şagirdlərinin iştrak etdiyi ədəbi-bədii kompozisiya Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Zəfər tariximiz, işğaldan azad olunmuş ərazilər haqqında geniş məlumat verən Arzu Alışqızı, hər birimizin xalqımızın qəhrəman övladları ilə qürur duyduğunu vurğuladı. Şəhidlərimizə həsr olunan tədbirdə şagirdlər vətənpərvərlik ruhunda şeirlər söyləyərək onları sayğı və dərin hörmətlə yad etdilər.