"Son 100 ilin ən şərəfli tarixi -44" mövzusunda dəyirmi masa

Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müharibə cinayətləri xalqımızı qələbə əzmini sarsıda bilməyib. Bu sözlər “Son 100 ilin ən şərəfli tarixi-44!”- adlı dəyirmi masada tarix müəllimi Zimirxan Əliyev tərəfindən səsləndirildi. 11-ci sinif şagirdlərinin iştirakı ilə təşkil olunan dəyirmi masada 44 günlük Zəfər tariximiz ətraflı müzakirə olundu. Sonda döyüş səhnələrini əks etdirən videoçarx nümayiş olundu.