STEAM və Texnologiya dərslərində Anım Günü

Vətən Müharibəsi Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhunda yetişməsinin əyani təsdiqi kimi xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan vətəndaşlarımız, bütövlükdə xalqımız sarsılmaz əzm və iradə nümayiş etdirərək, dəmir yumruq kimi birləşərək Vətən Müharibəsində tarixi Zəfəri təmin ediblər. Bu şanlı Qələbəyə gedən yolda canından keçərək əsl qəhrəmanlıq nümunəsi sərgiləyən Vətən övladlarının xatirəsinin yad olunması üçün 27 Sentyabr Anım günü münasibəti ilə STEAM vəTexnologiya dərslərində əl işləri hazırladılar.