Qənimətlər parkına ekskursiya

Müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində qazanılan Qələbəmiz tarixə qızıl hərflərlə yazıldı. Döyüşlər zamanı əldə olunan hərbi qənimətlər bu gün paytaxtımızın ən görkəmli yerində sərgilənir. 27 sentyabr Anım Günü müəllimlər böyüməkdə olan nəslə Müzəffər Azərbaycan Ordusunun gücünü və rəşadətini anlatmaqla yanaşı, əyani şəkildə göstərməyə də üstünlük verirlər. Bu məqsədlə 9c sinif rəhbəri Təhminə Əliyevanın təşkilatçılığı və hərbi rəhbər Vidadi Bədirovun iştrakı ilə şagirdlərin “Qənimətlər parkı”-na ekskursiyası təşkil olundu. Şagirdlər sərgilənən hərbi qənimətləri diqqətlə izlədilər, qürur hissi ilə oradan ayrıldılar.