İlk dərslər "Qarabağ Azərbaycandır!" mövzuna həsr olundu

15 sentyabr 2022-2023-cü tədris ilin ilk dərsləri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı. Məktəbin direktoru Fəttah Fəttayev rəsmi çıxışla məktəbə gələn birinciləri salamladı, həmçinin sentyabrın 12-dən 13-ə keçən gecə dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olmuş hərbiçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonar şagirdlər sinif otaqlarına daxil oldular. Qeyd edək ki, tədris ilinin ilk dərsləri “Qarabağ Azərbaycandır!”mövzusuna həsr olundu.