Pedaqoji Şura iclası keçirildi

14 sentyabrda məktəbdə 2022/2023-cü tədris ilinin ilk Pedaqoji şurası keçirildi. Iclasda sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlarının qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Pedaqoji şuranın sədri Fəttah Fəttayev üzvləri gündəlikdə olan məsələlərlə tanış etdi. 2022-2023-cü dərs ilində qarşıda duran vəzifələr müzakirə edildi, çıxışlar və təkliflər dinlənildi. İclasda Məktəbin İnkişaf Planı bir daha nəzərdən keçirildi. 15 sentyabr ilk dərslərin “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunması elan olundu. Eyni zamanda, məktəbə yeni təyinat almış müəllimlər şura üzvləri ilə tanış edilərək, onlara fəaliyyətlərində uğurlar arzulandı.