"Son zəng" tədbiri

İyunun 14-də 2021-2022-ci tədris ilinə həsr olunmuş “Son zəng” tədbiri keçirildi. Tədbirdə məktəbin direktoru Fəttayev Fəttah,  müavinlər, müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak etdilər. “Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı. Məktəbin direktoru Fəttayev Fəttah mərasimi açıq elan edərək, sevinc və həyəcan içində olan məzunlara gələcək həyatlarında uğurlar arzuladı. Sonra şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla  yad  etdilər.

Tədbirdə çıxış edən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Vəfa Bayramova “Son zəng” münasibətilə onbirinciləri təbrik edib, onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzuladı. Tədbirdə çıxış edən fənn müəllimləri məzunlara müstəqil Azərbaycanın vətəndaşı olaraq ölkəmizin gələcək inkişafı naminə həyata keçiriləcək proseslərdə fəaliştirak edəcəklərinə inandıqlarını bildirdilər. Mərasim şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib. Tədbir I siniflərin çaldığı vida zəngi ilə sonlandı. Çalınan son zəng məzunların müstəqil həyata başlanğıc zəngi idi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi