"Əziz Şuşa,sən azadsan!" adlı məktəblərarası yaradıcılıq müsabiqəsi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli, 3069 saylı Sərəncamına əsasən 2022-ci ilin "Şuşa Ili" elan edilməsi ilə əlaqədar İdrak liseyində "Əziz Şuşa,sən azadsan!" adlı məktəblərarası yaradıcılıq müsabiqəsi keçirildi. Müsabiqədə məktəbimizin 9 ç sinif şagirdi Nəcəfova Lalə Fərman qızı "Instrumental ifa" nominasiyası üzrə qalib olaraq 1-ci yerə layiq görülmüşdür.