Asfalt üzərində rəsm

İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiə Günüdür. Dünyanın harasında olmağımızdan asılı olmayaraq uşaqlarımızın xoşbəxt və sağlıqlı olması diləyi ilə bütün uşaqların bayramını təbrik edirik. Uşaqların Beynəlxalq Müdafiə günu münasibətilə ibtidai sinif şagirdləri məktəbin həyətyanı sahəsində asfaltüstü rəsmlər çəkdilər. Çəkdikləri rəsmlərdə bütün dünya uşaqlarının sülh və əmin-amanlıq içərisində yaşamalarını arzu etdilər.