28 May Müstəqillik Günü qeyd edildi

28 May Müstəqillik Günü tariximizin ən şanlı və parlaq səhifələrindən biridir. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı XX əsrin əvvəllərində bu may günündə öz arzusuna qovuşdu.
Bu məqsədlə 4 “d” sinif şagirdləri müəllimləri Əhmədli Nina Aydın qızının rəhbərliyi ilə tədbir keçirdilər. Tədbir zamanı 28 May Müstəqillik Günü haqqında tarixi faktlarla şagirdlər məlumatlandırıldıqdan sonra şagirdlərin ifasında vətənpərvərlik ruhunda şeirlər səsləndirildi.