"Zəfər tarixi" konfransı

“Zəfər tarixi” konfranslarının keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-146 nömrəli əmrin icrası ilə əlaqədar olaraq məktəbin akt zalında “Zəfər tarixi” adlı konfrans təşkil edildi. Konfransların iştirakçıları məktəbin tarix müəllimləri və 9-cu sinif şagirdləridir. İnteraktiv şəkildə və müzakirələr əsasında keçirilən konfransın 1 mərhələdə tarix müəllimi Zimirxan Əliyev 9-cu sinif şagirdlərinə Zəfər tariximiz barədə ətraflı məlumat verdi. Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış oğullarımızın şagirdlər arasında tanıdılması məqsədilə şagird təqdimatları dinlənildi. Şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparılaraq, müzakirələr təşkil edildi. Konfransın sonunda çıxış edən məktəbin direktoru Fəttah Fəttayev bu kimi tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm rol oynadığını vurğuladı.