"Zəfər tariximiz" mövzusunda nümunəvi dərs

Məktəbimizdə Azərbaycan Respublikası Prezidenti Ilham Əliyevin 5 yanvar 2022-ci il tarixli, 3069 saylı Sərəncamına əsasən 2022-ci ilin "Şuşa Ili" elan edilməsi ilə əlaqədar olaraq “Zəfər tarixi” adlı nümunəvi dərs keçirildi. Dərsdə 44 günlük vətən müharibəsi və nəticəsi barədə geniş məlumat verildi. Həmçinin şagirdlər işğaldan azad olunmuş rayonlar barədə məlumat verdilər, ordumuzun yüksək peşəkarlıqla keçirdiyi döyüş əməliyyatları haqqında fəxr hissi ilə danışdılar.Dərsdə iştirak edən metodbirləşmə rəhbəri ZimirxanƏliyev çıxış edərək bu kimi dərslərin vacibliyini vurğuladı.Eynizamanda qeyd etdi ki, bu dərslərin keçirilməsində məqsəd Qarabağın tarixini işğala qədərki prosesləri və Zəfər tariximizin bizim ölkənin həyatında nə qədər önəmli hadisə olduğunu gənc nəslə çatdırmaqdır.