"Şuşa – Azərbaycanımızın mədəniyyət paytaxtı” adlı dəyirmi masa

Məktəbimizin 7 c sinif şagirdləri “Şuşa – Azərbaycanımızın mədəniyyət paytaxtı” adlı dəyirmi masa keçirtdi.Tədbiri giriş sözü ilə açan 7 c sinfinin Azərbaycan dili və ədəbiyyat müəllimi Şaiqə Namazəliyeva şagirdlərə möhtəşəm qələbəmizdən danışdı. Şuşanın azad edilməsi barədə geniş məlumat verdi. Ardından şagirdlər vətənpərvərlik ruhunda gözəl şeirlər söylədilər. Sonda mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşanın tarixi abidələrinə həsr olunmuş videoçarx nümayiş etdirildi.Tədbirin sonunda şagirdlər hazırladıqları təqdimatları təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi