"Sən elə bir zirvəsən!" mövzusunda inşa yazı müsabiqəsi

Azərbaycan Respublikasının qurucusu, ümummilli lider, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə "Sən elə bir zirvəsən!” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir. Məktəbin kitabxanasında keçirilən müsabiqə 8-ci sinif şagirdləri arasında təşkil olundu. Məqsəd Ulu Öndərin zəngin siyasi irsini və fəaliyyətini gənclərə öyrətmək, Heydər Əliyevin elm, təhsil, mədəniyyət, ordu quruculuğu istiqamətində göstərdiyi xidmətləri haqqında şagirdlərə məlumat vermək, Ulu Öndərin xatirəsini əbədiləşdirməkdir, I yerə 8 “c” sinif şagirdi Nigar Zülfüqarovanın yazdığı inşa layiq görülmüşdür.