İngilis dili fənnindən “At the Zoo” mövzusunda açıq dərs

Məktəbimizin 4b sinifinin ingilis dili müəllimi Sevinc Əzizovanın təşklatçılığı ilə “At the Zoo” mövzusunda açıq dərs keçirildi. Mövzuya aid şagirdlərə slaydlar təqdim olundu. Dərs zamanı şagirdlər “Üç pişik balaları” adlı kiçik səhnəcik ifa etdilər, şeirlər səsləndirdilər və heyvanlar haqqında ingilis dilində atalar sözləri söylədilər. Açıq dərsdə sinif rəhbəri, metodbirləşmə sədri və direktor müavini iştirak etdilər.