"Yaranışdan yaradılışa səyahət" adlı tədbir

Coğrafiya aylığı ilə əlaqədar olaraq Coğrafiya gecəsi keçirildi. “Yaranışdan yaradılışa səyahət” adlı tədbirdə məktəbimizin coğrafiya müəllimləri və Pedaqoji Universitetin tarix-coğrafiya fakultəsinin məktəbimizdə pedoqoji təcrübə keçən tələbələri iştirak etdilər. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başladı. Şagirdlərin hazırladıqları bir-birindən maraqlı səhnələr, videoçarxların nümayişi tamaşaçıların marağına səbəb oldu. Tədbirin sonunda çıxış edən məktəbin direktoru Fəttah Fəttayev bu kimi tədbirlərin təşkilinin şagirdlərin inkişafında mühim rol oynadığını vurğuladı və sonda xatirə şəkili çəkildi.