Oxu günu ilə bağlı tədbir

“Oxu günü” ilə bağlı 3a sinif rəhbəri Səadət Hüseynova tərəfindən tədbir təşkil olundu. Şagirdlərin yüksək aktivliyi ilə keçən tədbirdə kitabla bağlı şeirlər, nümunəvi fikirlər səsləndirildi. Şagirdlər kitabların insan həyatındakı rolu barədə maraqlı müzakirə apardılar. Tədbirin sonunda sinif rəhbəri Səadət müəllimə şagirdlərdə oxumağa həvəs yaratmaq, eyni zamanda bədii irsimizin öyrənilməsinə təşviq etmək üçün “Azərbaycan nağılları” kitabını hədiyyə etdi.