Vətən müharibəsi şəhidi polkovnik – leytenant Xeyrulla İbrahimovun doğum günü

Aprelin 19-da Nizami rayonunda Vətən müharibəsi şəhidi polkovnik – leytenant Xeyrulla İbrahimov Mais oğlunun doğum günündə əziz xatirəsi yad olunub. Bununla əlaqədar II Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub. Ziyarətdə 214 saylı orta məktəbdə şəhidin adına verilmiş 6c sinif rəhbəri, valideynləri və şagirdləri iştirak ediblər. Qeyd edək ki,  Ermənistan ordusunun rəhbərliyi tərəfindən döyüş meydanında "Kobra" ləqəbi ilə tanınan Xeyrulla İbrahimov oktyabrın 26-da Xocavənd döyüşləri zamanı şəhid olub. Ziyarətdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edib. Şəhidin məzarı önünə gül dəstələri və əklil qoyulub. Daha sonra sinif rəhbəri Aynur İmamverdiyeva müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən və Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xeyrulla İbrahimov ölümündən sonra Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmasından danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi