Final turuna vəsiqə qazanan şagirdlərlə görüş

Məktəbin direktoru Fəttah Fəttayev Respublika Fənn Müsabiqəsi və Lütfi Zadə məntiq olimpiadasının final mərhələsinə vəsiqə qazanan 28 nəfər istedadlı şagirdlərimiz və onların valideynləri ilə görüş keçirtdi. Görüş zamanı Fəttah Fəttayev şagirdlərə əmək vermiş riyaziyyat müəllimi Elnur Ağayevə öz təşəkkürünü bildirib, bu uğurlarda onun böyük payının olduğunu xüsusi ilə vurğulayıb. Sonda şagirdlərimizə final mərhələsi üçün bəzi tövsiyələr verən Fəttah müəllim, onlara növbəti mərhələdə uğurlar arzu edib.