"Dünya uşaqların gözü ilə" adlı intellektual oyun

Bu gün məktəbimizdə Coğrafiya aylığı ilə əlaqədar olaraq “Dünya uşaqların gözü ilə” intellektual yarışması keçirildi. Coğrafiya müəllimi Gülnar Hacıyevanın rəhbərliyi ilə təşkil olunan yarışmada 7 və 8-ci sinif şagirdləri iştirak edirdi. 4 komanda da yarışan iştirakçılar çətinlik dərəcəsi müxtəlif olan sualları cavablandırdılar. Sonda “Madaqaskar” komandası qalib olaraq Sertifikat və hədiyyələrlə təltif olundu.