Sağlam təhsil siniflərində açıq dərs

"SağlamTəhsil” 4-cü sinif şagirdlərinin uşaq yazıçısı Mehriban Nağıyeva ilə bədii görüşü keçirilib. Dərsdə şagirdlər müəyyən mətnləri müəllifin özündən dinləyərək, ideyanın çıxarılması, obrazların təhlili, süjet xətti üzərində praktiki iş apardılar. Dərs şagirdlərin yüksək fəallığı ilə keçdi. Məktəbin ibtidai sinif müəllimləri Naidə Hüseynova və İradə Mehdiyeva görüşdə iştirak ediblər. Görüşdə Mehriban xanım kitabın insanın ömründə ən vacib varlıq, mənəvi qida olduğunu söyləyib. Yazıçı vurğulayıb ki, kitab insanı ruhlandırır, dünyagörüşünü formalaşdırır, təfəkkürünü inkişaf etdirir, düşünmək və təhlil etmək qabiliyyətini artırır. Şagirdlərin maraqlı sualları cavablandırılıb. Bir neçə əsər oxunduqdan sonra təhlil edilib, uşaqlar əsərlərin qəhrəmanları ilə bağlı fikirlərini söyləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi