"Şuşa, sən azadsan" adlı tədbir

“Şuşa ili” ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14.03.2022-ci il tarixli F-134 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə məktəbin akt zalında “Şuşa, sən azadsan” adlı tədbir təşkil olundu. Tədbir İngilis dili müəllimlərinin təşkilatçılığı ilə keçirildi. Burada mahnılar, şeirlər və məlumatlar ingilis dilində səsləndirildi. Tədbiri keçirməkdə məqsəd Şuşa şəhərinin zəngin abidələrini, memarlıq komplekslərini, göz oxşayan füsunkar təbiətini gənclərin yaddaşına həkk etmək, milli mədəniyyəti və incəsənəti təbliğ etməkdir.