"4 gündən 44 günə" adlı tədbir

Məktəbin fəaliyyət planına uyğun olaraq, Şuşa ili və Aprel döyüşlərinin 6-cı ildönümü ilə bağlı “4 gündən 44 günə” adlı tədbir keçirildi. Tədbirdə şagirdlərin iştirakı ilə müxtəlif səhnəciklər nümayiş etdirildi, vətənvərvərlik ruhunda mahnılar səsləndirildi. Məktəbin direktoru Fəttah Fəttayev çıxış edərək, söylədi ki, bu kimi tədbirlərin təşkil olunmasında məqsəd şagirdlərimizə vətənpərvərlik hissləri aşılamaq, onlarda vətənə, millətə, torpağa sevgi, tariximizə hörmət ruhunda tərbiyə etməkdir.