Bahar bayramı mövzusunda təşkilat saatı

Novruz bayramının gəlişi ilə əlaqədar olaraq 3 “e” sinif şagirdləri müəllimləri Nərgiz Şıxzamanovanın rəhbərliyi ilə “Elimizə bahar gəlir” mövzusunda təşkilat saatı keçirildi. Tədbir zamanı şagirdlər adətlər haqqında danışdılar, şeirlər səsləndirdilər, səhnəciklər səhnələşdirdilər, oyunlar keçirdilər. Novruz bayramının qədimliyi, xalqımızın bolluq, bərəkət rəmzi olması, bayramın adət-ənənələrəri haqqında danışıldı, atributlar haqqında əl işləri hazırlandı.