Novruz gəlir, yaz gəlir..

Məktəbimizdə Novruz bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə şagirdlər baharın təravətini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər nümayiş etdirib və musiqi alətlərində ifa ediblər. Bayram şənliyində Novruz personajları olan Keçəl və Kosanın məzəli oyunları tədbir iştirakçılarının marağına səbəb olub. Tədbirdə məktəbin Xor dərnəyinin ifasında bayram mahnıları səsləndirilib. Tədbirdə iştirak edən məktəbin direktor müavini Arzu Alışqızı tədbir iştirakçılarını xalqımızın milli bayramı olan Novruz münasibətilə təbrik edərək, xalqımızın dəyərlər sistemində bu bayramın özünəməxsus yeri olduğunu bildirdi.