Mənəvi dəyərlərimizi əks etdirən bədii əsərlər əsasında tamaşaların hazırlanması

Bakı şəhəri üzrə Təhsil İdarəsinin 01.03.2022-ci il tarixli, F-85 nömrəli əmrinin icrası məqsədi ilə "Bahar Çələngi" lahiyəsinə start verilmişdir. Silsilə tədbirlər davam edir. Tədbirlər planının 3.1. bəndinə əsasən 8c sinif şagirdləri mənəvi dəyərlərimizi, xalqımızın adət-ənənələrinin, o sıradan Novruz adətlərinin yer aldığı bədii əsərlər əsasında tamaşalar təqdim etdilər. Məqsəd şagirdləri mənəvi mədəniyyətimizin bir hissəsi olan Novruz bayramı, bütövlükdə milli-mənəvi dəyərlərimiz barədə məlumatlandırmaq, onları bu dəyərlərə məhəbbət ruhunda tərbiyə etməkdir. Tədbirin sonunda məktəbin direktoru Fəttah Fəttayev çıxış edərək söylədi kı, Novruz bayramı Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşatdığı milli bayramdır. Həmçinin bildirdi ki, şagirdlərin istedadlarının üzə çıxarılması, inkişaf etdirilməsi və onlara milli adət-ənənələrimizin öyrədilməsi istiqamətində bu kimi tədbirlərin əhəmiyyəti böyükdür.Şənlikdə şagirdlər müxtəlif maraqlı səhnəciklər səhnələşdirdilər, milli rəqslər ifa etdilər, şeir və mahnılar səsləndirdilər.