Novruz adətləri bədii ədəbiyyatda

Bakı şəhəri üzrə Təhsil İdarəsinin 01.03.2022-ci il tarixli, F-85 nömrəli əmrinin icrası və məktəbin fəaliyyət planına uyğun olaraq “Bahar çələngi” lahiyəsi çərçivəsində tədbirlər həyata keçirilir. Məqsəd şagirdləri xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipi əsasında tərbiyə etməkdir. Bu gün 3A sinif müəllimi Səadət Həsənovanın təşkilatçılığı ilə kitabxanada “Novruz adətləri bədii ədəbiyyatlarda” mövzusunda dəyirmi masa keçirilmişdir. Şagirdlər məktəb kitabxanasında xalqımızın adət-ənənələrinin əks olunduğu kitab və bədii məqalələrlə tanış olub, milli-mənəvi dəyərlərimizin təcəssümü olan Novruz bayramı, adət-ənənələri haqqında məlumat aldılar.