F.Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya

İrəvan Müəllimlər Seminariyasının yaranmasının 140 illiyi ilə əlaqədar olaraq məktəbin 7C sinif şagirdləri müəllimləri Şaiqə Namazəliyevanın təşkilatçılığı ilə “Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası”na ekskursiya etdilər. İlk öncə məktəblilər kitabxananın fəaliyyəti və istifadə qaydaları, kitab sərgiləri və elektron kitabxana haqqında ətraflı məlumataldılar, kitabxananın oxu zalında maraqlı və rəngarəng kitablarla tanış oldular. Kitabxananın əməkdaşı Firidun bəy Köçərli, Rəşid bəy Əfəndiyev, Səfərli bəy Vəlibəyov, Əliş bəy Tahirov, Səməd bəy Acalov, Pənah Qasımov haqqında məlumat verdikdən sonra Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, publisist-yazıçı, tənqidçi və tərcüməçi Firidun bəy Köçərlinin həyat və yaradıcılığı haqqında xüsusi məlumat verdilər.Sonda şagirdlər F.Köçərliyə həsr olunmuş sənədli filmi izlədilər