Fəxri Fərmanla təltif olundu

02.03.2022-ci il tarixdə Nizami rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 Mart "Bədən Tərbiyəsi və İdman Günü" münasibəti ilə dəyirmi masa keçirilmişdir. Dəyirmi masada rayonun bir qrup İdman mütəxəssisləri, tanınmış idmançıları və fiziki tərbiyə müəllimləri iştirakı edirdi. Dəyirmi masada iştrak edən məktəbin fiziki tərbiyə müəllimi Novruzov Firuz Novruz oğlu Fəxri Fərmanla təltif olunmuşdur. Firuz müəllimi təbrik edir fəaliyyətində uğurlar arzulayırıq.