Şən startlar estafet yarışı

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14.03.2022-ci il tarixli F-134 nömrəli əmri ilə təsdiq edilmiş “Şuşa ili” ilə bağlı Tədbirlər Planına uyğun olaraq məktəbin fiziki tərbiyə müəllimlərii Svoyaçenko Svetlana vəLyudmila Budyakinanın təşkilatçılığı ilə, ”Şən startlar” estafet yarışı təşkil edildi. Yarışda 6-cı sinif şagirdlərindən təşkil olunmuş “Şuşa”, “Xarı bülbül” və "Qarabağ komandaları "iştirak etdi. Yarışmanın sonunda “Qarabağ” komandası qalib oldu. Qaliblər məktəb rəhbərliyi tərəfindən diplomlarla təltif olunacaq.