Səhər gimnastikası

5 mart " Bədən Tərbiyəsi və İdman Günü" ilə əlaqədar olaraq silsilə tədbirlər davam edir. Bu məqsədlə məktəbin fiziki tərbiyə müəllimləri şagirdlərlə səhər gimnastikası etdilər. Müəllimlər şagirdlərə müxtəlif hərəkətləri verərək günə daha gümrah başlamalarını təmin etdilər. Hər gün səhər gimnastikası etməyin insan sağlamlığına nə qədər faydalı olduğunu bir daha vurğuladılar.