"Fəryad" filmi nümayiş olundu

Bakı şəhəri üzrə Təhsil İdarəsinin 14.02.2022-ci il tarixli, F-63 nömrəli əmrinin icrası və məktəbin fəaliyyət planına uyğun olaraq, Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlərimiz davam edir. Bu məqsədlə məktəbimizin 10-cu sinif şagirdlərinə Fəryad filmi nümayiş olundu. Sonda tərbiyə işləri üzrə direktor müavini Arzu Alışqızı çıxış edərək, Xocalı faciəsinin qan yaddaşımızda dərin iz buraxdığını qeyd etdi.