21 fevral Beynəlxalq Ana dili Günüdür

Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.Ana dili insanın mənəvi aləminin  zənginləşməsində, dünya görüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır

Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı tərcümə vasitəsilə başqa xalqıların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.

21 fevral tarixində məktəbin tərbiyə işləri üzrə direktor müavini Arzu Alışqızı və məktəbin dil- ədəbiyyat müəllimi Qubadova Asimə “Beynəlxalq Ana Dili Günü” ilə əlaqədar dəyirmi masa təşkil etdi.

Tədbirdə şagirdlər ana dilinin gözəlliyini, müqəddəsliyini tərənnüm edən şerləe səsləndirdi, məlumatlar söylədilər. Asimə  müəllimə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi, Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirməsi haqqında şagirdlərə ətraflı məlumat verdi.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi