IX siniflərdə monitorinq keçirildi

15 fevralda məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü ilə IX sinif şagirdləri arasında buraxılış fənləri üzrə növbəti sınaq imtahanı keçirilib. İmtahanı keçirtməkdə məqsəd şagirdləri qarşıdakı buraxılış imtahanına psixoloji və elmi cəhətdən hazırlamaqdır. Şagirdlər onlara ayrılan 3 saat ərzində Azərbaycan dili fənni üzrə 30, riyaziyyat fənni üzrə 25, ingilis dili fənni üzrə 30 sual olmaqla, ümumilikdə 85 tapşırığı cavablandırıblar. Suallar buraxılış imtahanı modelinə uyğun olaraq tərtib olunmuşdur.