Şəhidlər Xiyabanına ziyarət

Azərbaycan xalqının tarixinə "Qanlı Yanvar faciəsi" kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 32 il keçir. 20 Yanvar hadisələri öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir. Hər il olduğu kimi bu ildə xalqımız axın-axın 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad etmək məqsədilə Şəhidlər Xiyabanına üz tutdular.
214 nömrəli məktəbin pedoqoji kollektivinin üzvləri də Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizin əziz xatirəsini yad edərək məzarları önünə tər qərənfillər qoydular. Başın sağ olsun Vətən!