20 Yanvar faciəsi ilə əlaqədar xüsusi dərslər

Məktəbin tədbirlər planına əsasən, bu gün 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar olaraq “Azadlığa gedən yol” mövzusunda xüsusi dərslər təşkil olundu. Müəllimlər çıxışlarında qeyd etdilər ki, 20 Yanvar hadisəsi Azərbaycanın milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb. Xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb.