“20 yanvar faciəsi qəhrəmanlıq səlnaməsidir!”- mövzusunda maarifləndirici seminar

Məktəbin fəaliyyət planına əsasən, 20 Yanvar faciəsinin 32-ci il dönümü ilə əlaqədar olaraq “20 yanvar faciəsi qəhrəmanlıq səlnaməsidir!”- mövzusunda maarifləndirici seminar keçirildi. Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında məlumat vermək, tarixi hadisələrə düzgün münasibət bildirmək, rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq səlnaməsinin təbliğ edilməsidir. Tədbirdə məktəbin tarix müəllimi Sərhəd Məhərrəmov çıxış edərək bildirdi ki, o soyuq, faciəli  gündən 32 il keçir.  Həmin  gecədə həlak olan Vətən oğulları Azərbaycan tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı həriflərlə yazılmış 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsidir. Torpaq uğurunda ölən varsa, Vətəndir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi