Sağlam Təhsil siniflərinə “Gigenik qaydalara necə əməl edək?” mövzusunda maarifləndirici seminar

Sağlam Təhsil siniflərinə “Gigenik qaydalara necə əməl edək?” mövzusunda maarifləndirici seminar təşkil olunub. Seminarı Tibb Universitetinin baş müəllimi İradə Mustafayeva aparırdı.Seminarda şagirdlərə mövzuyla bağlı videoçarxlar nümayiş olundu, diskusiyalar aparıldı. İradə xanımın şagirdlərə ünvanladığı suallar onlar tərəfindən həvəslə cavablandırılırdı.Məqsəd şagirdlərin məktəbdə və məktəbdənkənar yerlərdə təmizliyə riayət etmələri və bunu təbliğ etməyə çalışmalarıdır.