8-ci siniflərdə məktəbdaxili monitorinq keçirildi

Bu gün VIII siniflərdə Azərbaycan dili, riyaziyyat, ingilis dili fənnlərindən monitorinq keçirilib. Monitorinqin keçirilməsində məqsəd şagirdlərin bu fənlər üzrə bilik səviyyəsinin izlənilməsindən ibarət olub. Hər fənn üzrə şagirdlərə 15 sualdan ibarət test tapşırıqları paylanıb. Monitorinq məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Vəfa Bayramova və Şəhriyar Məmmədovun nəzarəti altında aparılıb. Monitorinq 2 saat davam edib. Nəticələr metodbirləşmə iclasında müzakirə olunacaq.