Həmrəylik Günü münasibətilə dama yarışı

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dama yarışı təşkil olundu. Yarışda 6 – 7-ci sinif şagirdlərindən 26 şagird iştirak etdi. F.Novruzovun və F. Muqalovun hakimliyi ilə başa çatan bu yarışda III yerə – 7f sinifindən Məmmədova Mələk, II yerə - 6a sinifindən Muğalov Yusif, I yerə - 7ə sinifindən Qurbanlı Elton layiq görüldü. Sonda qaliblər məktəbin direktoru tərəfindən diplomlarla təltif olundular.