Prezident İlham Əliyev - Azərbaycan xalqının arzularını reallaşdıran lider

24 dekabr 2021-ci il tarixində tarix müəllimi Mehriban Izmayılova 11e sinif şagirdlərinin iştrakı ilə "İlham Əliyev və Qüdrətli Azərbaycan” başlığı altında xüsusi dərs təşkil etdi.
Xüsusi dərs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Heydər oğlu Əliyevin doğum gününə həsr edildi.Mehriban müəllimə cənab prezidentin həyat yolundan, apardığı siyasətdən, 44 günlük Vətən müharibəsindən və Azərbaycan xalqının rifahı üçün gördüyü işlərdən danışdı, videoçarxlar nümayiş olundu.
Sonda şagirdlər Zəfər tarixi yazan, Ali Baş Komandanımızı doğum günü münasibəti ilə təbrik edərək ona uzun ömür, can sağlığı və uğurlar arzuladılar.