Qüdrətli Azərbaycan və İlham Əliyev

Bu gün keçirilən sinif təşkilat saatları möhtərəm prezidentimiz İlham Əliyevin 60 illik yubileyinə həsr olundu. 4d sinif müəllimi Nina Əhmədli təşkilat saatında Ali Baş Komandan - İlham Əliyevin Azərbaycan tarixində əbədi yaşar bir lider kimi qalacağını vurğuladı.  Bu gün bütün dünya Azərbaycan liderinin möhtəşəm idarəetmə qabiliyyətindən, qısa müddətdə azad edilmiş torpaqlarda dinc quruculuq və bərpa işlərinin aparılmasından heyrətlə danışırlar. Bir sözlə, İlham Əliyev həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan, Azərbaycan torpaqlarını 30 illik işğaldan 44 günə azad edən, ərazi bütövlüyümüzü bərpa edən sərkərdə kimi tarixə düşdü. Sonda  Ali Baş Komandan - İlham Əliyevin doğum günü münasibətilə hazırlanmış videçarx şagirdlərə nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi