İbtifai siniflərdə oxu texnikasının yoxlanılması həyata keçirildi

Məktəbin fəaliyyət planına uyğun olaraq ibtidai siniflərdə oxu texnikasının yoxlanılması həyata keçirildi. Təlim tərbiyə işləri üzrə direktor müavini Aysel Cəbrayıllı və ibtidai siniflər üzrə metodbirləşmə rəhbərlərinin təşkilatçılığı ilə keçirilən monitorinqdə şagirdlərin düzgün,intonasiyalı oxuma,oxuduqları mətnlərdən faktları seçmək, təhlil etmək, əsas fikri izah etmək bacarıqları yoxlanıldı. Bu yoxlamanın keçirilməsində məqsəd şagirdlərin oxu bacarıqlarının müvafiq standartlara uyğunluğunu aşkara çıxarmaq, nəticəsi zəif olan şagirdlərlə aparılacaq metodiki işin istiqamətlərini müəyyənləşdirmək oldu.