Daim qəlblərdə yaşayan dahi..

12 dekabr tarixi müasir dövlətçiliyimizin banisi, ümummilli liderimiz Heydər Əliyevin həyatla cismani vidalaşdığı gündür. Onun fiziki yoxluğundan neçə illər ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir. Bu məqsədlə 4b “Sağlam təhsil” sinfinin rəhbəri Mehdiyeva İradə müəllimənin keçirdiyi təşkilat saatı ulu öndərin anım gününə həsr edildi. İradə müəllimə Ulu öndərin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdikdən sonra şagirdlər Heydər Əliyev haqqında hazırladıqları təqdimatları və şeirləri səsləndirdilər.