1 dekabr QİÇS-lə Mübarizə Günüdür

 01 dekabr 2021-ci il tarixdə məktəbin pisxoloqu Günel Cəfərovanın təşkilatçılığı ilə “Bizim gücümüz birliyimizdədir” adlı maarifləndirmə tədbiri keçirildi. Məqsəd gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərin fəsadları barəsində gənclərin marifləndirilməsidir. Tədbiri giriş sözü ilə açan tərbiyə işləri üzrə direktor müavini Arzu Alış qızı şagirdlərə bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışdı. Günel Cəfərova  mövzu ətrafında çıxış edərək, şagirdlərə  narkomanlar, həmçinin QİÇS və digər viruslara yoluxanlar arasında tibbi-gigiyena, təbliğat və maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyi, narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar mövzusunda  geniş müzakirələr aparılmışdır. Tədbirin sonunda şagirdlərə mövzu ilə bağlı videoçarx nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi