"Zəfər Günü" mövzusunda tədbir

Məktəbin foyesində “Zəfər bayramı”na aid 3-cü sinif şagirdləri, müəllimləri Gözəl Süleymanova və Esmira Quliyevanın təşkilatçılığı ilə tədbir keçirdilər. Gözəl Süleymanova Zəfər bayramı haqqında danışdıqdan sonra şagirdlər şeirlər söylədilər və Zəfər bayramına həsr etdikləri əl işlərini, rəsmlərini nümayiş etdirdilər.