"Bayraq kimliyimdir, bayraq mənliyim!" mövzusunda təşkilat saatları

Məktəbin fəaliyyət planına əsasən, bu gün "Bayraq günü" ilə əlaqədar olaraq 2b sinif müəllimi Gülşən Rzayevanın və 3a sinif müəllimi Səadət Həsənovanın təşkil etdiyi təşkilat saatı " Bayraq kimliyimdir, bayraq mənliyim" mövzusuna həsr olundu. Məqsəd, şagirdlərimizdə dövlət atributlarına–bayrağımıza hörmət, məhəbbət hissini aşılamaqdır. Şagirdlər bayraq haqqında şeirlər söylədilər, torpağımız üç rəngli bayrağımız uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir daha yad etdilər.