"Zəfərə gedən yol" adlı tədbir keçirildi

Məktəbimizdə keçirilən “Zəfər günü”nə həsr edilmiş silsilə tədbirlərdən biri də tarix müəllimləri Mehriban İzmayılova və Gülnaz Əliyevanın hazırladığı “Zəfərə gedən yol” adlı tədbir oldu. Tədbirdə şagirdlər hazırladıqları vətənpərvər mövzulu şeir və mahnıları səsləndirdilər, Ali Baş Komandanımızın siyasətindən və Müzəffər ordumuzdan bəhs edən videoçarx nümayiş etdirdilər. Sonda məktəbin direktoru Fəttah Fəttayev çıxış edərək, Azərbaycan xalqının əzmi və iradəsinin, iqtisadi gücünün, müasir ordu quruculuğunun və xalq-iqtidar birliyinin ölkəmizin qələbəsini təmin edən mühüm amillər olduğunu bir daha şagirdlərin diqqətinə catdırdı.