Zəfər gününə həsr olunmuş bilik yarışı

Məktəbimizin informatika müəllimi Vəfa Vəliyevanın təşkilatçılığı ilə Zəfər gününə həsr olunmuş bilik yarışı keçirildi. Yarışda 9-10-və11 sinif şagirdlərindən təşikl olunmuş 4 komanda iştrak edirdi.3 mərhələdən ibarət yarışda "Qarabağ", "Qələbə", "Zəfər" və ”8 noyabr” komandalarına hər turda 15 olmaqla, ümumilikdə 45 sual təqdim olundu. Sualların məzmunu tarix, ədəbiyyat, məntiq və əsasəndə 44 günlük Vətən müharibəsi dövrünə həsr olunmuşdu. Komandalar vaxt rejiminə əməl edərək, maraqlı və düşündürücü suallara vaxtında, düzgün cavablandırdılar.
Finalda qalib olan "Zəfər" komandasının üzvlərini yarışı izləyən məktəb rəhbərliyi və müəllimlər təbrik etdilər.